Xəzər Xəbər

Məhəmmədi kəndində kanalizasiya sularının küçəyə axması yolları keçilməz edib - Sakinlər narazıdır VİDEO

Veb TV | 21:12 • 2 Yanvar 2025
Məhəmmədi kəndində kanalizasiya sularının küçəyə axması yolları keçilməz edib - Sakinlər narazıdır

Kanazlizasiya suları küçə boyu axır, yollar keçilməz vəziyyətə düşüb. Üfunət də baş çartlayır.

Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeronun Məhəmmədi kəndindəndir.

Sakinlər bildirirlər ki, mövcud vəziyyət ayalardır davam edir. Yaranmşç vəziyyət səbəbindən piyadalr yolun hərəkət hissəsi ilə getmək məcburiyətində qalırlar. Aidyyəti üzrə müraciətlərinə isə baxan yoxdur.

Onlae deyir ki, Məhhəmmədi kəndində kanalizasiya suları səbəbindən nəinki mərkəzi küçələr, hətta yeni təmirdən çımış məhəlləarası yollar da bərbad hala düşüb.

Məsələ ilə bağlu İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, mövcud vəziyyətdən xəbərdardırlar. Qeyd edilən ərazi üzrə kanalzasiya şəbəkəsi mövcud deyil. Şəbəkə Bələdiyyə tərəfindən inşa edilib və onun xidməti ərazisidir. Buna rəğmən oraya Bağlar Sukanal İdarəsi tərəfindən mütəmadi xidmət göstərilir. Mövcud qəzanın aradan qaldırılması üçün də əməkdaşlar əraziyə cəlb olunub. Məhəmmədi kənd bələdiyyəsindən isə "Xəzər Xəbər"ə bildirdi ki, ərazidə kanalizasiya suları üçün yox, qurunt sularının axıdılması məqsədi ilə xüsusi drenaj xətti çəkiblər.

Qeyd edək ki, "Xəzər Xəbər"in müraciətindən dərhal sonra əraziyə həm su-kanal idarəsinin, həm də yerli bələdiyyənin əməkdaşları cəlb olunub. Qəzanı aradan qaldırmaq üçün tədbirlər görürlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti