Zərdabda batan qızın meyidi Kürdəmir rayonu ərazisində tapılıb...
Xezerxeber.az xəbər verir ki, dekabr ayının 24-də Kürün Zərdabın Əlvənd kənd ərazisində batan 13 yaşlı yeniyetmənin cəsədi təqribən 15 km aralıda Kürdəmir rayon Söyüdlər kəndi ərazisindən FHN-nın Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb.
Ailənin sözlərinə görə, 8-ci sinif şagirdi səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb.Mərhumun yaxınlarının dediyinə görə, müəllimləri onun məktəbə gəlmədiyini bildikdən sonra axtarışına başlayıblar. Azyaşlının çantası Kür çayının kənarında tapılıb. Onun çayda batdığı ehtimal olunduğundan hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Çaydan çıxarılan meyit aidiyyatı üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.