Xəzər Xəbər

Rayonlarda pirotexniki vasitələrdən ağır xəsarət alanlar var – TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:35 • 1 Yanvar 2025
Rayonlarda pirotexniki vasitələrdən ağır xəsarət alanlar var – TƏFƏRRÜATLAR

Əlində pirotexniki vasitə partlayan azyaşlı ağır yaralandı.

Xezerxeber.az xəbər verir ki, hadisə Cəlilabad rayonu ərazisində qeydə  alınıb. Rayon sakini, 7 yaşlı uşaq pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.Azyaşlı rayon xəstəxanasına yerləşdirilib. Ona üzün və tənəffüs yollarının müxtəlif dərəcəli yanığı diaqnozu qoyulub.

İlkin tibbi yardımdan sonra uşaq Bakıda yerləşən Yanıq Mərkəzinə göndərilib.

Xəstənin  müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Bənzər hadisə İsmayıllı rayonunda da yaşanıb.Bu səfər 16 yaşlı qız xəsarət alıb.

31 dekabr 2024-cü il tarixində pirotexniki vasitənin partlaması nəticəsində xəsarət alan 1 nəfər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə müraciət edib. 2008-ci il təvəllüdlü şəxsə sol gözün dəqiqləşdirilməmiş travması, sol gözaltı nahiyyədə sıyrıntı  diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilib.

Zəruri tibbi xidmətlər göstərildikdən sonra xəstə ətraflı müayinə üçün Bakıya göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.