Xəzər Xəbər

2025-ci ildə ilk dünyaya gələn körpənin anası DANIŞDI: “Ayın 31-i düşünürdüm,1-nə düşdü” VİDEO

Veb TV | 21:23 • 1 Yanvar 2025
2025-ci ildə ilk dünyaya gələn körpənin anası DANIŞDI: “Ayın 31-i düşünürdüm,1-nə düşdü”

2025-ci ilin ilk körpəsi dünyaya gəlib.

Xezerxeber.az xəbər verir ki, 1 yanvar tarixində saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi  isə 3 kq 900 qr olub.

Körpənin anası Fəridə Əliyeva deyir ki, övladının ilin ilk körpəsi olmağı onun üçün də gözlənilməz olub

Onlar övladlarına İlham adını veriblər.

Yeni ilin ilk dəqiqələrində Mingəçevirdə də 2 körpə dünyaya göz açıb. Onların hər ikisi qızıdır. Həkimlər hər iki ananın və körpələrin vəziyyətinin kafi olduğunu bildirib.

 Artıq yeni ilin ilk əkiz övladları da dünyaya gəlib. Yanvar 1-də saat 01:10-da Naxçıvan Perinatal Mərkəzdə Ordubad rayon sakini, 24 yaşlı Aytac Seyidova qeysəriyə üsulu ilə əkiz oğlan uşaqları dünyaya gətirib. Körpələrdən biri 2,6 kq, digəri isə 2,3 kq çəkidədir. 38 həftəlik olaraq doğulan əkizlər tam sağlamdır. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti