Ötən ilin 11 ayı ərzində ölkədə ölümlə və xəsarət alınma ilə nəticələnən 1316 yol qəzası baş verib.
Bu barədə “Xəzər Xəbər”ə Baş dövlət yol polis idarəsindən bildirilib. Qeyd olunub ki, qəzaların sayı ötən illə müqayisədə 186 fakt azdır.
İdarədən o da bildirib ki, qəzaların azalması üçün nəinki sürücülər həm də piyadalar məsuliyyətli olmalıdır.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçlarına xüsusilə yük və sənişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükün arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.