Marşurut var, ancaq avtobuslar gec-gec işləyir.
Xezerxeber.az xəbər verir ki, söhbət Sumqayıtdan Abşeron rayonun Şəfəq qəsəbəsinə işləyən 12 A saylı avtobuslardan gedir.
Sərnişinlər sözügedən marşurutun fəaliyyətindən narazıdırlar.
Onlar iddia edirlər ki, xüsusən bayram günlərində bu xətdə işləyən marşurutların intervalı çox olduğundan məcbur olub taksilərdən istifadə edirlər. Bu da onları əlavə xərcə salır.
Sumqayıt Nəqliyyat-1 Məhdud Məsuliyyətli Cəmiyyətdən “Xəzər Xəbər”ə bildirilib ki, sakinlərin şikayəti tam əsassızdır. Adi günlərdən fərqli olaraq bayram günlərində onlar gücləndirilmiş iş rejimində çalışırlar. Bəzən elə olur ki, yeni massivdən Sumqayıta qayıdan avtobusların əksərriyəti boş gəlir.
Adı çəkilən qurumdan o da əlavə olunub ki, sakinlər yarana biləcək hər hansı problem və şikayətlə bağlı MMC- yə müraciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.