Xankəndi şəhəri başdan- ayağa bayram əhval-ruhiyyəsi ilə bəzədilib.
Həyatın yenidən canlandığı Xankəndi şəhərində artıq, bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir.
Şaxta baba və Qar qız uşaqların sevincinə-sevinc qatıb. Həmçinin gənclər üçün müxtəlif oyunlar təşkil edilib.
Bayram münasibətilə bu günlərdə Xankəndi şəhərinə gələn turistlərin sayında xeyli artım müşahidə edilir.
Qonaqlar Zəfər meydanında təşkil edilən "Qış nağılı" yarmarkasını ziyarət etməklə bərabər şəhərin gəzməli, görməli yerləri ilə tanış olub şəkil çəkdirirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.