Bakıda qadın qidadan zəhərlənərək ölüb.
Xezerxeber.az xəbər verir ki, ölüm hadisəsi paytaxtın Binəqədi ərazində olub.
Məlumata görə, 34 yaşlı Vüsalə Sadıqovanın qida qəbul etdikdən sonra halı pisləşib. Sonradan qadının qida zəhərlənməsinə görə öldüyü bildirilir.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
.Həkim Rasif Bağırov isə deyir ki, xüsusilə də bayram günlərində insanlar yedikləri qidalara diqqət etməlidir.
Həkim, zəhərlənmə simptomları yəni qusma, ishal, başgicəllənmə müşahidə edildikdə dərhal tibbi yardım almağı tövsiyə edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.