15 gün istifadə etdikləri qaza görə 12 min manat borc yazılıb.
Xezerxeber.az xəbər verir ki, söhbət Paytaxtın Binəqədi rayon Rəsulzadə qəsəbəsi Qafqaz küçəsində yerləşən mənzildən gedir.
Bununla bağlı “Xəzər Xəbərə müraciət edən şikayətçi bildirir ki, ona 15 gün ərzində istifadə edilən qaza görə 12 min 68 manat borcun olduğunu bildirən mesaj gəlib
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı rəsmi quruma müraciət etdikdə onlara həmin ərazidən digər şikayətlərin olduğu da deyilib. Amma problem hələ də həll edilməyib.
Məsələ ilə bağlı Azəriqaz istehsalat birliyinə müraciət etsək də zənglərimizə cavab verilmədi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.