Sabahdan yeni artımlar qüvvəyə minəcək.
Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Vüqar Bayramov qeyd edib ki, yanvarın 1-dən ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılacaq.
Vüqar Bayramov bildirib ki, sabahdan həmçinin əmək pensiyalarının indeksləşdirilməsi nəzərdə tutulur.
Millət vəkilin sözlərinə görə, gələn il Azərbaycanda 3 milyon vətəndaşımızı əhatə edəcək sosial paketin icrası ilə də yadda qalacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.