Son 5 ildə Azərbaycanda oğlan uşaqlarına ən çox qoyulan ad uğur olub. Nə az nə çox düz 9 mindən artıq adam yeni doğulan uşağına uğur adı verib. Əli və Zəhra adları isə ilk üçlükdədir. Hər iki ad valideynlər tərəfindən 8 mindən artıq seçilib.
Xezerxeber.az-ın xəbərinə görə, sosioloq Elçin Bayramlı deyir ki, xüsusilə uzun illərdir ad qoyma məsələsində eyni bir tendensiya müşahidə edilir. Demək olar ki, artıq bir neçə ildir ilk onluqda olan adlar dəyişmir. Onun sözlərinə görə, ad bir millətin mənəvi və mədəni zənginliyini göstərir.
Valideynlər tərəfindən eyni adların seçilməsi müəyyən mənada problemlər də yarada bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.