Bütün otaqlar suyun içərisindədir...Mənzildəki əşyalar isə sıradan çıxıb..
Xezerxeber.az xəbər verir ki, söhbət Xəzər rayonu, Binə qəsəbəsi Bakavtomat yolu deyilən ərazidən gedir.
Evlər su içində qaldığından sakinlər yaşamaq üçün başqa yerdə köçüblər. Deyirlər ki, suyun içərisində qalan ev, həyət göyərib, qurbağala dolub..
Sakinlər vəziyyətin bu cür davam etməsindən narazıdırlar...
Bəzi sakinlər isə yağış suyundan qorunmaq üçün bənd çəkiblər.
Onların sözlərinə görə əvvəlki illərdə belə hallar baş verməyib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Bildirildi ki, aidiyyatı üzrə İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Rayon Fövqəladə Hallar Komissiyasına müraciət olunmaq tövsiyyə olunur. Xəzər rayon İcra hakimiyyətindən isə məsələyə münasibət öyrənə bilmədik.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.