Xəzər Xəbər

“Rusiya ərazisində hücuma məruz qalan təyyarəyə görə təzminat ödəməlidir” - TƏLƏB VİDEO

Veb TV | 21:40 • 29 Dekabr 2024
“Rusiya ərazisində hücuma məruz qalan təyyarəyə görə təzminat ödəməlidir” - TƏLƏB

Azərbaycana məxsus təyyarənin Qroznıda hücuma məruz qalması və daha sorna Qazaxstanın Aktau şəhərində qəzaya uğramasına görə Rusiya təzminat ödəməlidir.

Bunu Beynəlxalq Hüquq üzrə ekspert Rahim Məmmədov ''Xəzər Xəbər''ə müsahibəsində deyib.

O bildirib ki, aviasiya gəmisinin vurulmasına görə, bütün hüquqi məsələlər tezliklə həllini tapmalıdır.

Ekspertin sözlərinə görə, beynəlxalq hüquqda, əgər qarşı tərəf hüquq pozuntusuan görə üzr istəyirsə, müvafiq tədbirlərin görülməsini də öz üzərinə götürmüş olur. Artıq satisfaksiya baş verdiyi üçün, yəni ilkin üzrxahlıq olduğu üçün Rusiya tərəfinin növbəti addımlarından biri qəzada dəymiş maddi və mənəvi zərəri qarşılamaq olmalıdır.

Rahim Məmmədova görə, beynəlxalq uçuşlarla bağlı konvensiyanın tələbləri kobud şəkildə pozulub.

Kompensasiya ilə yanaşı günahkarlar da cəzalandırılmalı və məsuliyyətə cəlb edilməlidir.

Ekspertin sözlərinə görə, artıq bu məsələ üzərində də Azərbaycan tərəfi ciddi iş aparır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar