Bakıda 7-9, bölgələrdə isə 7-10 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində bayram günlərində gözlənilən hava proqnozunu açıqlayıb. Xidmətin Situasiya Mərkəzinin direktoru Şəbnəm Qurbanova "Xəzər Xəbər"ə bildirib ki, dekabrın son günü, elcə də yanvarın 1-i və 2-sində paytaxtda mülayim hava gözlənilir.
Şəbnəm Qurbanova bölgələrdə gözlənilən hava ilə bağlı da məlumat verərək bildirib ki, bəzi ərazilərdə qar yağmaq ehtimalı var.
Qurumdan o da bildirilib ki, Naxçıvan MR ərazisində havanın əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşam dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9, yanvarın 2-dən bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.