Xəzər Xəbər

Gələn il qeyri-neft sektoru ilə bağlı proqnozlar AÇIQLANDI VİDEO

Veb TV | 20:55 • 29 Dekabr 2024
Gələn il qeyri-neft sektoru ilə bağlı proqnozlar AÇIQLANDI

Gələn il Azərbaycan iqtisadiyyatında böyüməni şərtləndirən əsas istiqamətlərdən biri qeyri neft sektoru olacaq.

Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı Rəşad Həsənov bildirib ki, hökümətin proqnozlarına görə, gələn il qeyri neft sektoru 4,9 faiz artacaq ki, bu da bütovlükdə iqtisadiyyatın artım tempi ilə müqayisədə 1,4 faiz çoxdur.

Ekspert qeyd edib ki, bir sırsa sahələr var ki, onların inkişafı qeyri neft sektorunun artım tempini əsaslandıran əsas amillərdəndir. Bura isə əsasən xidmət sahələri daxildir.

Rəşad Həsənov qarşıdakı ildə tikinti sektorunun da iqtisadiyyata kifayət qədər qatqısının olacağını əlavə edib.

İqtisadçının sözlərinə görə, bunlarla paralel olaraq ilk dəfə 2025-ci ildə neft sektorunda stabillik formalaşacaq. Hətta hökumətin proqnozlarına görə, bu sahədə də 0,5 faiz artım gözlənilir.

Xəbər lenti

Çox oxunanlar