"Dünyasını dəyişən uşağımın adına hesab açılıb, sosial şəbəkələrdə paylaşılaraq pul yığılır".
Xezerxeber.az-ın məlumatına görə, belə bir iddia ilə uşağın anası Nəzrin Əsgərova çıxış edir.
"Xəzər Xəbər"ə müraciət edən qadın deyib ki, övladı Məhəmməd Kələntərov 2021-ci ildə dünyaya gəlib və ağır xəstəlikdən dünyasını dəyişib.
Onun sözlərinə görə, dələduzlar digər uşaqların da şəkillərini paylaşaraq insanları aldadır, pul yığırlar.
Nəzrin Əsgərova bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.