Xəzər Xəbər

İnternet xəttinə görə başlayan mübahisə qanlı hadisə ilə nəticələndi VİDEO

Veb TV | 19:34 • 27 Dekabr 2024
İnternet xəttinə görə başlayan mübahisə qanlı hadisə ilə nəticələndi

İnternet xəttinə görə başlayan mübahisə atanın oğlunu bıçaqlaması ilə  nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Sumqayıtda baş verib.

İddialara görə, mübahisə qayınatanın  gəlininə internet vaistəsi ilə danışmasına icazə verməməsindən sonra başlayıb.

İki bıçaq zərbəsi alan Şahmar Muradov dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır oldğunu bildirilir.

Bıçaqlanan şəxsin nənəsi Vəzifə Həşimovanın iddiasına görə, hadisə qayınatanın gəlinə söyüş söyməsi və internet xəttini kəsməsi üstündə baş verib. Sərdar Muradov gəlini internətlə danışmasın deyə evdə olan internet xəttini ayırıb. Bunu eşidən Şahmar Muradov atası ilə mübahisə etməyə başlayıb. Elə hər şeydə bundan sonra baş verib.

Gəlin bu hadisədən sonrə evi tərk edib.  DİN-in mətbuat xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli “Xəzər Xəbər”ə bildirib ki, dünən saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 38 yaşlı Şahmar Muradova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən atası 67 yaşlı Sərdar Muradov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar