Xəzər Xəbər

Təyyarədə "20 nəfər qabağa gəlsin" tələbi nəyə görə olub? VİDEO

Veb TV | 21:05 • 27 Dekabr 2024
Təyyarədə "20 nəfər qabağa gəlsin" tələbi nəyə görə olub?

"Təyyarəni idarə etmək üçün ona idarəetmə orqanları lazımdır. Qəzaya uğrayan təyyarənin kənardan çəkilən görüntülərindən aydın olur ki, təyyarə ciddi zərər görüb və idarəetmədə ciddi problemlər yaşayıb".

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-ın 15 illik təcrübəyə sahib pilotu Sərxan Məmmərrəmov deyir.

Onun fikrincə, belə məqamda pilot olaraq doğru qərarı vermək olduqca çətindir. Məsələn, təyyarəni suya endirmək hər zaman doğru qərar deyil və ya bu hər istəyəndə mümkün ola bilməz.

Kapitan Sərxan Məhərrəmov deyir ki, Aktau yaxınlığında təyyarənin bir neçə dəfə dövrələr cızması təsadüfi deyil. Pilotların bunu etməkdə məqsədi 10-15 ton yanacaq tutumu olan çəni boşaltmaqdır.

Sərxan Məhərrəmov deyir ki, kabindən yayılan videolarda bələdçinin "20 nəfər qabağa gəlsin" deməsi də pilotun tapşırığıdır və peşəkarlığın göstəricisidir.

“Yəni təyyarə o qədər stabillikdən çıxıb ki, bu stabilliyi bərpa etmək üçün kapitan müəyyən sayda sərnişinlərin qabağa gətirilməsini istəyir ki, heç olmasa az da olsa stabilik bərpa edilsin”, deyə pilot bildirib.

Onun sözlərinə görə, belə faciəvi qəzada 29 nəfərin sağ qalması qəhrəman pilotların nə qədər doğru qərar verdiklərini təsdiqləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar