Borular partlayıb, içməli su günlərdir küçəyə axır…
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Sabunçu rayonu Yeni Ramanı qəsəbəsi, Bünyadzadə küçəsindən gedir.
Sakinlər deyir ki, küçədəki su boruları partladığndan su küçəyə axır. Bu səbəbdən də həm yollar keçilməz olur, həm də evlərə su gəlib çatmır.
Sakinlər deyir ki, problemlə bağlı əlaqədar quruma da müraciət ediblər. Lakin verilən cavab onları qane etməyib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, qeyd olunan ünvana müvafiq sukanal idarəsinin qəza briqadası cəlb edilib. Su xəttinin bərpası istiqamətində işlərə başlanılıb.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.