Xəzər Xəbər

Şəhərin mərkəzində piyada yolunu zəbt edən həmişəyaşıl ağaclar... VİDEO

Veb TV | 22:20 • 26 Dekabr 2024
Şəhərin mərkəzində piyada yolunu zəbt edən həmişəyaşıl ağaclar...

Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində piyadalar onlar üçün olan səkini qoyub,  avtomobil yolu ilə getməyə məcburdurlar.

Xezerxeber.az xəbər verir ki,  bu dəfə isə piyada səkisini zəbt edən adətən olduğu kimi, insan faktoru yox, həmişəyaşıl ağaclardır.

Qeyd edək ki, əraziyə yaxın bir neçə universitet yerləşir. Bu isə o deməkdir ki, buradan xeyli sayda insan istifadə edir.

Bakı Şəhər Yaşıllaşdırma İdarəsindən bildirildi ki, məsələ ilə bağlı dəfələrlə müraciət olunub, tədbirlər görülüb. Ancaq həmin ərazidə hazırda olan sərv ağacları budamaya getməyən iynəyarpaqlı ağaclardır. Vaxtilə hansısa səhvlik, yaxud səhlənkarlıq ucbatından orda əkilib.

Onların budanması məqsədəuyğun deyil. Həmin ağacların kəsilməsi, yaxud yerinin dəyişdirilməsi isə İdarənin səlahiyyətinə aid deyil.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.    

Xəbər lenti

Çox oxunanlar