Dünənki faicədə həyatını itirənlərdən iki nəfəri Bakının Əmircan kəndinin sakinləridir.
Xezerxeber.az xəbər verir ki, Bakının Əmircan qəsəbəsində iki ailə, yaxınlarının cənazəsini gözləyir.
Qardaşı İmran Əhmədova hadisəni qohumları xəbər verib. O deyir ki, hamılıqla hadisənin şokundan hələ çıxa bilmirlər.
Faciədə həlak olanlardan bir digər nəfəri də Əmircan sakini Faiq Mustafayevdir. Onun üçün qurulan yas çadırının ətrafında balaca bir oğlan uşağı oynayır.
Dünyadan xəbərsiz, atasının cənazəsini gözləyən bu balacanı dindirib danışdırmağa ürəyimiz gəlməsə də, anası onun yerinə bütün kədərini ifadə edir.
İndi ailələr övladlarının cənazəsinə qovuşacağı saatları gözləyir. Allah rəhmət eləsin.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.