AZAL-ın təyyarəsinin dekabrın 25-də Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olanlardan ikisinin qusar rayonundan olduğu məlum olub.
Xezerxeber.az xəbər verir ki, 19 yaşlı Xədicə və qardaşı 22 yaşlı Əli..
Onlar da təyyarə qəzasında ölənlərdir.
Təyyarə qəzasında həlak olan həmyerlilərimizdən iki nəfəri Qusardandır. İlkin məlumatlara görə, bacı və qardaş olan Əli və Xədicə Əlimirzəyevlər Qusar rayonunun Suduroba kəndində tək yaşayırmışlar. Ata və analarının öldüyü bildirilir.
Onların yaxınları da bildirir ki, bacı - qardaş xaricə gedərkən heç kimə bildirməyiblər. Onlara ölüm xəbəri çatanda məlumatları olub.
Bacı və qardaşın bir neçə il əvvəl valideynlərini itirdikdən sonra təsərrüfatla, müxtəlif əl işləri hazırlamaqla, Əlinin son vaxtlar bağçılıq şirkətində çalışmaqla məşğul olduqları bildirilir.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.