Xəzər Xəbər

Təyyarə qəzasında yaralanan şəxslərin vəziyyəti necədir? SON MƏLUMAT/VİDEO

Veb TV | 21:00 • 25 Dekabr 2024
Təyyarə qəzasında yaralanan şəxslərin vəziyyəti necədir?

Aktauda təyyarə qəzasında yaralıların yerləşdirildiyi xəstəxanadan görüntülər yayılıb.

Aktauda yaşayan azərbaycanlı Şahin Süleymanov həmin kadrları “Xəzər Xəbər”ə göndərib.

Xezerxeber.az-ın məlumatına görə, Qazaxıstanda xəstəxanada çalışan həmyerlimiz Əfsanə Nazarova isə deyib ki, gördüyü mənəzərə onu dərindən sarsıdıb.

Əfsanə Nazarova uzun illərdir ki, Aktau şəhərində yaşayır və xəstəxanada çalışır. Bu gün səhər saatlarında isə təyyarə qəzasının baş verməsi ilə bağlı onlara məlumat daxil olub. Xəstələrin çox olması və kömək məqsədi ilə onu yararlıların olduğu xəstəxanaya çağırıblar.

Həmyerlimizin sözlərinə görə, xəstəxanada sağ qalan həmvətənlilərimizin vəziyyəti ağır olanlar var. Hətta qan itkisi olanlar üçün qanvermə aksiyaları təşkil olunub və könüllü olaraq çoxlu sayda insanlar müraciət edib.

Baş verən hadisə ilə bağlı ölkəmizin Qazaxıstandakı səfirliyinin qarşısında insan izdihamı yaşanıb. Astana sakinləri səfirliyin önünə gül dəstələri düzüblər. Onlar bununla təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına dəstək nümayiş etdiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti