Kolleclər və peşə məktəblərində oxuyan tələbələrə də "vahid tələbə kartı" veriləcək.
Təhsilin İnkişafı Fondundan “Xəzər Xəbər”ə bildirilib ki, hazırda universitetlərdə həm əyani, həm də qiyabi təhsil alan 170 min tələbəyə vahid tələbə kartı verilib. Özündə bir sıra imtiyazları birləşdirən kartdan bakalavr, magistratura və doktorantura pilləsi üzrə dövlət sifarişi və ödənişli əsaslarla təhsil alan tələbələr istifadə edirlər.
Təhsil ekspertləri bildirirlər ki, bir sıra ölkələrdə tələbələrin fəaliyyətinə aid olan sahələrdə tətbiq edilən "vahid tələbə kartları" həmçinin ictimai nəqliyyatda xüsusi güzəştlər tətbiq edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.