Xəzər Xəbər

Tovuzda tortdan zəhərlənən tələbələr DANIŞDI VİDEO

Veb TV | 21:23 • 24 Dekabr 2024
Tovuzda tortdan zəhərlənən tələbələr DANIŞDI

Azərbaycanda tələbələr arasında kütləvi zəhərlənmə baş verdi, 8 nəfər xəstəxanaya yerləşdirildi.

Tovuz rayonu Peşə Təhsili Mərkəzində baş verən hadisənin təfərrüatlarını həmin tələbələr özləri “Xəzər Xəbər”ə danışıblar.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, onlara mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub. Hər bir xəstəyə zəruri tibbi yardım göstərilib.

Qeyd edək ki, Peşə Təhsili Dövlət Agentliyindən verilən məlumatda da  sözügedən tələbələrin tənəffüs zamanı marketdən aldıqları tortdan zəhərləndikləri qeyd olunub.

Onu da qeyd edək ki, hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti