Xəzər Xəbər

Sərnişinlər Sumqayıt-Corat-Novxanı bağları istiqamətində işləyən avtobuslardan narazıdır VİDEO

Veb TV | 10:00 • 24 Dekabr 2024
Sərnişinlər Sumqayıt-Corat-Novxanı bağları istiqamətində işləyən avtobuslardan narazıdır

Sumqayıt şəhərindən Corat və Novxanı bağları istiqamətində fəaliyyət göstərən 4 nömrəli marşrut xətti üzrə işləyən avtobuslardan sakinlər narazıdır. Onların sözlərinə görə, avtobusların son vaxtlar gec-gec işləməsi bir sıra çətinliklər yaradır.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə cəmi bir marşrut xətti üzrə avtobuslar fəaliyyət göstərir.

O da gec-gec işlədiyindən sakinlər ciddi çətinliklərlə üzləşirlər.

Sakinlərin sözlərinə görə, ərazidə fəaliyyət göstərən 4 nömrəli marşrut avtobusları ilə Sumqayıt şəhərinin mərkəzinə getmək müşkülə çevrilir. Bu səbəbdən bəzən taksilərdən istifadə etmək məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti nəzdindəki "Nəqliyyat" MMC-dən "Xəzər Xəbər"ə bildirilib ki, Sumqayıt Corat və Novxanı bağları istiqamətində fəaliyyət göstərən 4 nömrəli marşrut xətti ilə işləyən 3 ədəd avtobus var. Həmin avtobuslar idarə tərəfindən tərtib olunmuş intervalla əhaliyə xidmət göstərir. Gələcəkdə isə avtobus sayının artırılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti