Fərdi evlərin həyətində elektromobillərin enerji doldurucuları üçün icazə tələb olunmayacaq.
Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov bildirib ki, bu barədə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təklif edilib. Dəyişiklik təklifinə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində, yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularına icazə tələb olunmayacaq.
Millət vəkili bildirib ki, elektriklə işləyən avtomobillərin sayı artmağa davam edir. Qanuna təklif edilən dəyişiklik də elektron nəqliyyat vasitələrini stimmullaşdırmaq məqsədi daşıyır.
Qeyd edək ki, layihə Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.