Ramanı qəsəbəsinin sakinləri 1 aydır suyun içindədirlər. Küçədə uzunboğaz çəkməsiz hərəkət etmək mümükün deyil.
Xezerxeber.az xəbər verir ki, söhbət Sabunçu rayonu, Ramanı qəsəbəsi, 2-ci sahə, İstiqlal küçəsindən gedir. Sakinlər bildirirlər ki, 1 aydır vəziyyət belə davam edir.
Sakinlər deyir ki, hər dəfə qonşular pul yığıb yola qum tökdürürlər ki, suyun səviyyəsi aşağı düşsün.
Məsələ ilə bağlı Sabunçu rayon icra hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, mövcud vəziyyətin yaranmasına səbəb ərazidə kanalizasiya sisteminin olmamasıdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, həmin ərazidə mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkəsi yoxdur. Qrunt suları ətrafdakı kanala axır. Həmin kanal neft tullanıtlarının axıdılması üçün nəzərdə tutulub. Kanal dolduğuna görə qrunt suları ətrafa yayılır
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.