Ucar rayonunda gecə saatlarında keçirilən "ciyəraxşamı" məclisindən sonra qohum olan bir qrup şəxs arasında münaqişə yaranıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Ucarın Bağman kəndində baş verib.
Dava nəticəsində yaxın qohum olan 4 nəfər - 49 yaşlı Əlsahib Səlimov, 21 yaşlı Nicat Səlimov, 49 yaşlı Mehman Səfərəliyev və 33 yaşlı Mansur Səfərəliyev müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.