52 və 45 yaşlı 2 əmiqızı dəm qazından boğulub.
Xezerxeber.az xəbər verir ki, hadisə Goranboyun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Bakıdan qonaq gələn Sevil Səlimova ev sahibi olan əmisi qızı Xumar Səlimova ilə birgə dəm qazından boğulub. Onların dünyalarını dəyişmələrindən bu gün səhər saatlarında qonşular xəbər tutublar.
Dəm qazından boğularaq vəfat edən 52 yaşlı qadın həmin qəsəbədə tək yaşayırmış. Əmisi qızı Sevil Səlimova da iki gün öncə onun evinə qonaq gəlib.
Ev sahibi 52 yaşlı Xumar Səlimovanın atası və 3 qardaşı Xocalı Soyqırımı zamanı şəhid olub. 1 qardaşı Arif Səlimov Milli Qəhrəmandır. Faktla bağlı araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.