Xəzər Xəbər

"Ağacların kəsilməsinə görə kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb olunacaq” – AÇIQLAMA VİDEO

Veb TV | 20:30 • 20 Dekabr 2024
"Ağacların kəsilməsinə görə kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb olunacaq” – AÇIQLAMA

Ağacların kəsilməsi, təbiətə zərər vurulması ilə bağlı kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb olunacaq.

Xezerxeber.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhülkəsizlik xidmətinin rəisi Hikmət Əlizadə deyir ki, son illər ölkədə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması sahəsində ciddi normativ baza yaradılıb və bu ildən-ilə  təkmilləşdirilir. Xüsusi olaraq 2024-cü ilin oktyabrında "Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında" və "İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihələrinin parlamentdə qəbul olunması da bu sıradadır.

Hikmət Əlizadə deyir ki, mövcud təcrübə onu göstərir ki, bir sıra hallarda xüsusən tikinti şirkətləri tərəfindən yaşıllıqlara  münasibətdə çox ciddi pozuntulara yol verilir. Kimliyindən asılı olmayaraq hər kəs qanunvericiliyin tələblərinə əməl etməlidir.

Tullantıların ətraf mühitə atılmasına görə cərimələrin miqdarı 50 manatdan 300 manata qədər artırılıb. İl ərzində təkrar pozuntu törədilərsə, 700 manat cərimə və ya 60-100 saat ictimai işlər müəyyənləşdirilib, - deyə xidmət rəisi vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti