Sosial şəbəkələrdə tanınan bloger qəfil dünyasını dəyişib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Xocalı prospekti, 25 ünvanında baş verib. Dekabrın 18-nə keçən gecə saat 03 radələrində ərazidə 23 yaşlı Nərmin Bəylər qızının meyiti tapılıb.
Nərminin anası Şahnaz Mehdiyevanın iddialarına görə, qızı saxta plastik cərrahi əməliyyatın qurbanı olub. Noyabrın 20-də əməliyyat olunan Nərminin evə gəldikdən sonra halı pisləşib. Daha sonra o həkiminə müraciət edib.
Məsələ ilə bağlı sözügedən klinikadan "Xəzər Xəbər"ə bildirildi ki, Nurlan Həsənli sadəcə köməkçi kimi əməliyyatda iştirak edib. Onu əməliyyat edən həkim başqadır. Əməliyyatdan sonra yaxşı hiss etmədiyini deyən Nərmini dəfələrlə xəstəxanaya çağırsalar da, o gəlməyib.
Məsələdə adı keçən Oruc Məmmədovla isə əlaqə saxlamaq mümkün olmadı. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.