Xəzər Xəbər

Bakıda küçəyə zəhərli kimyəvi tullantı axıdılır? VİDEO

Veb TV | 19:34
Bakıda küçəyə zəhərli kimyəvi tullantı axıdılır?

Bakının Nizami rayonu, Marat Əmirxanov küçəsinə zəhərli kimyəvi tullantıların axıdıldığı iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, tullantıların kəskin qoxus onları çətin vəziyyətə salıb. Onlar bu vəziyyətin 2 aydan çoxdur ki, davam etdiyini bildirilər.

Sakinlər sözügedən kimyəvi tullantıların axıdıldığı ehtimal edilən zavoda da müraciət ediblər. Müəssisədən isə bildirilib ki, həmin çirkabın axdığı boru həmin zavodun balansında deyil.

Problemlə bağlı Azərbaycan Dövlət Neft Şirkəti ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, zavodun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində yeni çirkab suların təmizlənməsi qurğusu istismara verildikdən sonra ərazidə köhnə analoji qurğuların istismarı dayandırılıb.

“Bu qurğuların arasında olan əlaqələndirici boru xətləri sistemdən təcrid olunub. Lakin bu borulara əhali və kənar istehsalatlar tərəfindən kanalizasiya xətlərinin qoşulması həyata keçirilib. Məhz bu borulardan Bakı şəhəri, Nizami rayonu, Marat Əmirxanov küçəsi 25 ünvanında naməlum su sızmaları müşahidə olunur. Sözügedən sızmaların mənbəyinin müəyyən olunması üçün müvafiq dövlət qurumları ilə birlikdə araşdırmalar aparılır", - deyə məlumatda qeyd olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar