Xəzər Xəbər

Xəbəri olmadan adına kredit götürülüb, pensiyasından borc çıxılıb - İmişli sakini şikayətçidir VİDEO

Veb TV | 21:11 • 19 Dekabr 2024
Xəbəri olmadan adına kredit götürülüb, pensiyasından borc çıxılıb - İmişli sakini şikayətçidir

İmişli rayonu, Xoşçobanlı kənd sakininin xəbəri olmadan onun adına kredit götürülüb. Şikayətçi Əliəkbər Nuruşov belə bir iddia səsləndirib.  

O bildirib ki, 6 noyabr 2024-cü il tarixində kredit götürmək üçün banka müraciət edib. Məlum olub ki, artıq onun adından bankdan kredit çəkilib.

O iddia edir ki, noyabr ayının 21-də isə onun pensiya kartından götürülən kreditə görə 157 manat vəsait çıxılıb. Vətəndaş məsələnin həll olunmasını istəyir.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məsələ araşdırılır.

O da qeyd olunur ki, belə hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, şəxsi məlumatları heç kimlə paylaşmamalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti