Havaların soyuması mavi yanacağa olan təlabatı artırıb. Belə halda dəm qazından zəhərlənmələr də artır.
Xezerxeber.az xəbər verir ki, Xaçmazda 30 yaşlı kişi dəm qazından zəhərlənib. O, elə yerindəcə dünyasını dəyişib.
Sumqayıtda isə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Zəhərlənən Qabil Orucov, onun həyat yoldaşı Gülbuta Orucova və onların övladlarıdır. Azyaşlılar uşaq xəstəxanasına aparılıb.
Hazırda onların evə buraxılmağına baxmayaraq həkim nəzarətində saxlanılır.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.