Birinin avtomobilini, digərinin eyvanını yararsız hala saldı. Avtomobilin alın şüşəsi cilikləndi, mühərrik qapağı və yan şüşələr zədələndi… Məhəllədəki qurumuş iki ağac aşaraq iki fərqli vətəndaşa ziyan vurdu…
Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 6-cı mikrarayon İqar Cümşüdov 4 ünvanında baş verib.
“Xəzər Xəbər”ə müraciət edən Qurban Əhmədov deyir ki, sözü gedən ünvanda tikinti şirkətində işləyir, avtomobilini də elə çalışdığı şirkətin həyətində park edir.
Mənzilinin eyvanı zədələnən Nailə Əliyeva deyir ki, vaxtı ötmüş, quruyan ağacların yaratdığı təhlükədən narahatdırlar. Külək güclənəndə evdə oturmaq olmur:
Dövlət Ekoloji Ekspertiza Agentliyindən bildirldi ki, yaşıllıqların götürülməsi qaydasına əsasən fiziki və hüquqi şəxslər yaşıllıqların götürülməsi məqsədi ilə müvafiq icra orqanına və yaxud bələdiyyəyə müraciət etməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.