33 yaşlı qadın küçədə başına daş parçası vurularaq qətlə yetirilib.
Xezerxeber.az xəbər verir ki, ağır cinayət paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Maştağa-Zabrat şossesinin kənarında Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal istintaq qrupu hadisə yerinə gələrək meytə baxış keçiriblər.
Ekspertlər ilkin qənaətə gəliblər ki, qadın daş parçası ilə başından aldığı zərbədən ölüb.
29 yaşlı İgid Rəcəbzadə ilkin ifadəsində bildirib ki, qadını qısqanclıq zəmnində qətlə yetirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.