Ayrı-ayrı vətəndaşların adına şirkətlər yaradılır, böyük məbləğdə vergi borcları əmələ gəlir.
Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Vergi Xidmətinin əməkdaşı Elxan İsayev deyib.
O bildirib ki, Dövlət Vergi Xidmətinin dəfələrlə edilmiş müraciətlərinə baxmayaraq, etibardan sui-istifadə etməklə qanunsuz gəlir götürmək məqsədilə ayrı-ayrı vətəndaşların adına müxtəlif hüquqi şəxslərin təsis olunması hallarına rast gəlinir. Nəticədə də həmin hüquqi şəxslərin böyük məbləğdə vergi borcları yaranır.
Elxan İsayev onu da əlavə edib ki, qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibi üçündür.
Dövlət Vergi Xidməti bir daha vətəndaşları etibarnamələrin məzmunu ilə detallı tanış olmağa və şəxsi məlumatların üçüncü şəxslərə etibar edilməsində maksimum ehtiyatlı davranmağa çağırıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.