Xəzər Xəbər

Qış aylarında elektromobillərdə hansı problemlər özünü göstərir? VİDEO

Veb TV | 14:55 • 17 Dekabr 2024
Qış aylarında elektromobillərdə hansı problemlər özünü göstərir?

Zaman keçdikcə ölkədə elektromobillərdən istifadə daha da artır. Son rəsmi məlumatlara görə, Azərbaycanda elektromobillərin sayı 5 minə çatıb. İstehsal ili 3 ildən çox olmayan elektromobillərin Gömrük rüsumlarından azad edilməsi bu sayın artmasına daha da təsir edib.

Lakin, havaların soyuması ilə elektromobillərin spesifik problemleri də üzə çıxır. Belə ki, sosial şəbəkələrdə bəzi elektromobillərin enerjisinin bitib yolda qalması və ya zavod göstəricisindən xeyli az məsafə getməsi ilə bağlı görüntülərin yayılması müzakirələrə səbəb olub.

Xezerxeber.az-ın xəbərinə görə, avtomobil üzrə bloqer İlkin Mustafayev deyir ki, bu çətinliklər əsasən aşağı temperaturun batareyalar və digər texniki sistemlər üzərində təsirindən irəli gəlir.

Mütəxəsisin sözlərinə görə, Soyuq şəraitdə batareyaların qızdırılması daha çox enerji tələb edir, bu da ümumi sərfiyyatı artırır.

Elektromobil üzrə mütəxəssis İlqar İsgəndərov da deyir ki, qış aylarında belə  müraciətlər artır.

Ustanın sözlərinə görə, ölkədə şarj stansiyalarının kifayət qədər olmaması da mövcud vəziyyəti çətinləşdirir.

Mütəxəssislər həmçinin elektromobil sürücülərinə tövsiyə edirlər ki, batareya optimal temperaturda saxlanılsın, qapalı dayanacaqlardan və batareyaların temperaturunu qorumaq üçün xüsusi qızdırıcı sistemlərdən istifadə edilsin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar