Xəzər Xəbər

Bünövrədən mənzil almaq istəyənlərə XƏBƏRDARLIQ VİDEO

Veb TV | 14:03 • 17 Dekabr 2024
Bünövrədən mənzil almaq istəyənlərə XƏBƏRDARLIQ

Binanın bünövrəsi tökülür və inşa olunacaq mənzillər satışa çıxarılır...  Bir çoxları evi hazır binadan deyil, bünövrədən alır...  Səbəb isə qiymətin xeyli ucuz olmasıdır...

Xezerxeber.az-ın xəbərinə görə, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan deyir ki,  tikintisi yeni başlayan binadan mənzil alarkən yeganə üstünlük qiymətin aşağı olmasıdır.  

Ekspertin sözlərinə  görə, tikintisi davam edən binadan ev almaq riskli məsələdir. Elə hazırda mənzil bazarında ən çox aldadılma halı da tikintisi başa çatmayan binalardan ev alarkən yaşanır. Hətta bəzən şirkətlər bir mənzili bir neçə şəxsə satırlar. Alqı-satqı zamanı çıxarış verilmədiyi üçün vəziyyət bir qədər də çətinləşir.

 Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev isə bildirir ki, mənzil alqı- satqısı zamanı müqavilə ilə yanaşı, digər bir mühüm sənəd də mövcuddur ki, bu da əmlakın yüklü olub-olmaması ilə bağlıdır. Əsasən ipotekaya yararlı mənzillərə verilir. Lakin, əgər bina tam hazır deyilsə, bu halda tələb olunan əsas hüquqi sənəd alqı-satqı müqaviləsdir.

Nofəl Quliyev əlavə etdi ki, tam şəkildə riskləri aradan qaldırmaq üçün həmin mənzillər reyster sistemində də qeydiyyata alınmalıdır. Bu zaman mənzilin həmin şəxs tərəfindən alındığı sübut edilmiş olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti