Qiymətlərində davamlı dəyişim olsa da, bütün dünyada kriptovalyutaya maraq artmaqdadır.
Xezerxeber.az xəbər verir ki, Azərbaycanda da bu sahəyə yatırım edənlərin sayı günü-gündən artır. Kriptoinvestor Xətai Avılzadə deyir ki, əvvəllər maliyyə bazarları sahəsində biliyi olanların sayı az idisə, indi bu sahədə müstəqil qərarlar qəbul edə bilən xeyli mütəxəssis var.
Ekspertlərin fikrincə, yeni ildə kriptovalyutaların dəyərində daha da artım olacaq. Bunun əsas səbəblərindən biri Donald Trampın bu sahənin tənzimlənməsinin sadələşdirilməsi tədbirlərini təşviq edəcəyi gözləntiləridir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.