Xezerxeber.az-ın xəbərinə görə, hadisə Siyəzəndə baş verib.
Dəm qazından zəhərlənən 2009-cu il təvəllüdlü Vəkilli Gülər Seyfulla qızı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu, ailədə yaşanan ilk faciə deyil. Belə ki, Gülərin iki qardaşı illər öncə kanalda çimərkən boğulub.
Qeyd edək ki, ailənin 1 azyaşlı oğlan övladı qalıb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.