Sosial şəbəkə hesabında narkotik vasitə satışı ilə bağlı elan paylaşılır.
Xezerxeber.az xəbər verir ki, müxtəlif növ narkotik vasitələrin olduğu deyilir.
Hətta qanuni iş görürmüşkimi məhsulların 18 yaşdan aşağı şəxslərə satılmadığı bildirilir.
“Xəzər Xəbər”in əməkdaşları səhifənin idarəçiləri ilə əlaqə saxlayıb.
Bildirildi ki, istənilən növ məhsul var və ödənişin ardınca 15 dəqiqə ərzində deyilən yerdən onu götürmək mümkündür.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sosial şəbəkələrdə belə qanunazidd paylaşım edən şəxslərlə bağlı araşdırmalar aparılır.
Elburus İbrahimov onu da bildirdi ki, həmin şəxslər məsuliyyətə cəlb edilirlərXezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.