Gecə saatlarından respublika ərazisində havanın kəəkin dəyişməsi bir çox avtomobillərin yollarda qalmasına səbəb olub. Bakı-Şamaxı yolunun Qobustan rayonunun Ceyrankeçməz kəndi ərazisindən keçən hissəsində vəziyyət daha ağır olub. Belə ki, yol buz bağlayıb.
Bu səbəbdən 100-ə yaxın nəqliyyat vasitəsi saatlarla yolda qalıb.
Bəzi avtomobillər isə sürüşərək yoldan çıxıb. Sürücülər çətin anlar yaşayıb, bəziləri isə gecəni öz avtomobillərində keçirməli olublar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.