2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq.
Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında deyib.
Qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun işğal dövründə tamamilə dağıdılması iqtisadiyyata milyard dollarlarla ziyan vurub.
Qeyd edək ki, iclasda Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı fərdi evlərin həyətində elektromobillərin enerji doldurucuları üçün icazə tələbinin olub-olmayacağı məsələsi də aydınlaşıb.
İclasda müzakirə zamanı vətəndaşların tikinti şirkətləri tərəfindən aldadılması məsələsi qaldırılıb.
Millət vəkili Bəxtiyar Əliyev mənzillərin ölçüləri ilə bağlı tikinti şirkətləri ilə vətəndaşlar arasında yaranan narazılıqlara toxunub. Qeyd edilib ki, vətəndaşlarla bağlanan müqavilə reysterə daxil edilməlidir.
İclasda həmçinin diplomatik xidmət orqanı əməkdaşlarına şamil olunması nəzərdə tutulan məhdudiyyətlər haqqında yeni qanun layihəsini birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, diplomatik orqanların əməkdaşlarının xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, seçkili və ya təyinatlı vəzifə tutması, dövlət orqanının və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmasına məhdudiyyət tətbiq edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.