Azərbaycanda qoyunçuluq təsərrüfatı demək olar ki, tənəzzül dövrünü yaşayır. Kəndlilərin az qala 80 faizinin əsas məşğuliyyəti hesab olunan bu təsərrüfatlarda heyvan sayının azalması müşahidə olunur.
Xezerxeber.az xəbər verir ki, son 9 ildə qoyunların sayı 15 faiz azalıb.
Təsərrüfat sahibləri deyir ki, çəkisi az olan quzu ətinə təlabatın çox olması damazlıq qoyunların kökünün kəsilməsinə gətirib çıxarır.Hazırda heyvan bazarında ən çox təlabat isə quzu ətinədir.
Göyçaydan olan təsərrüfat sahibləri isə bildirir ki, təsərrüfatlarda qoyun saxlanılması kifayət qədər xərc tələb edir.Otlaq sahələrinin azlığı, yem məhsullarının baha olması əsas çətinliklərdəndir.. Alıcılar yaşı az olan heyvanlar üçün yüksək qiymət təklif edirlər.Beləliklə əksər təsərrüfatlarda damazlıq qoyun saxlanılması ənənəsi unudulur..
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli isə deyir ki, quzu ətinə marağın artması təsərrüfatlarda damazlıq qoyunun azlmasına səbəb olsa da, əslində problemin kökündə daha ciddi məsələlər dayanır.
Ekspertin sözlərinə görə, örüş sahələrində eleketrik, su və digər problemlər də mövcuddur. Bu isə heyvandarlıqla məşğul olmağa marağı daha da azaldır. Beləliklə də heyvanların sayı kəskin şəkildə aşağı düşür. Tədricən xaricdən gətirilən ət məhsullarından da asılılıq artır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.