Xəzər Xəbər

Salyanda qəssab bir qrup sakini aldadır – İDDİA VİDEO

Veb TV | 21:10 • 12 Dekabr 2024
Salyanda qəssab bir qrup sakini aldadır – İDDİA

Heyvanlarını satıblar, amma pulunu ala bilmirlər...

"Xəzər Xəbər"ə müraciət edən Salyan rayonunun Birinci Varlı, Kərimbəyli, Xələc və digər kəndlərinin sakinləri belə iddia edirlər.

Dediklərinə görə, onların heyvanını alan və pulunu hələ də verməyən şəxs Vüsal adlı qəssabdır.

Şikayətçilər bildirirlər ki, həmin şəxs onlara pulu heyvanları satdıqca verəcəyini bildirsə də, bu günə kimi ödəməyb.

Adıçəkilən şəxslə əlaqə saxlayıb iddialara cavab almaq istəsək də, telefonuna zəng çatmadı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional Qrupunun Baş Polis kapitanı Nizam Həmidov "Xəzər Xəbər"ə bildirdi ki, qeyd edilən məsələ ilə bağlı daxil olan müraciətlərlə əlaqədar Salyan Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı qarşı tərəfin əməlində cinayət tərkibi olmadığından və iddianın mülki xarakterli olduğundan material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilib və ərizəçilərə aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunub.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti