Dünəndən başlayan intensiv yağıntı nəticəsində Sumqayıtın Çerkassi küçəsini su basıb. Nəticədə sözügedən ərazidə kənd təsərrüfatı məhsullarının satıldığı yarmarkaya da yağış və kanalizasiya suları dolub.
Xezerxeber.az-ın məlumatına görə, yağış və kanalizasiya sularının yolda iri gölməçələr yaratması nəqliyyat vasitələrinin, eləcə də piyadaların hərəkəsində problemlərə səbəb olub. Regionlardan yarmarkaya məhsul gətirən fermerlər öz mallarını satmaqda çətinlik çəkiblər.
Vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət edilib.
Sumqayıt Su Kanal İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, sözügedən ərazidə beton kollektorda daşma prosesi baş verib. Yağıntının miqdarının normadan artıq olması daşma prosesini daha da sürətləndirib. Üstəlik, həmin ərazidə relyef çökək olduğu üçün su sürərtlə yığılıb və iri gölməçələr yaranıb. Yaranmış problemin aradan qaldırılması istiqamətində lazımi tədbirlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.