İmişlinin 3 min nəfərə yaxın sakinin yaşadığı Oruclu kəndində kənddaxili yollar palçıq içindədir.
Xezerxeber.az-ın məlumatına görə, yol yayda toz-torpaq, qışda isə palçıq olur.
Belə yollarda həm avtomobil sürücüləri, həm də piyadalar hərəkət etməkdə çətinlik çəkirlər.
Sakinlər bildirirlər ki, dəfələrlə İmişli Rayon İcra Hakimiyyətinə, kənd bələdiyyəsinə müraciət etsələr də, sadəcə vəd verilib.
Oruclu kəndi bələdiyyəsinin sədri Məhəmməd İmanov “Xəzər Xəbər”ə bildirib ki, yolun təmiri ilə bağlı rayon icra hakimiyyətinə müraciət edilib. Yolun çəkilməsi 2025-ci ilin tədbirlər planına salınıb. Bütün sənədlər hazır edilərək aidiyyəti üzrə göndərilib. Smetası və layihəsi hazır edilərək icra hakimiyyətinin memarlıq şöbəsinə təqdim edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.