Bəzi əczaçılar sosial şəbəkələrdə canlı yayımlar açaraq dərmanlarla bağlı məsləhətlər verirlər. Bununla yanaşı müxtəlif xəstəliklərin müalicəsi üçün preparatlar tövsiyə etdikləri videoları da paylaşırlar. Son günlər belə videoların sayı artmaqdadır.
Bəs bu nə dərəcədə etibarlıdır?
Xezerxeber.az-ın xəbərinə görə, tibbi məsələlər üzrə ekspert Rasif Bağırov deyir ki, hər bir şəxs fərdi olaraq reklam kampaniyaları həyata keçirir. Amma vətəndaşlar bu məsələdə diqqətli olmalıdırlar.
Eskpert deyir ki, belə reklamlara aldanmağın ciddi fəsadları ola bilər. Ona görə də, həkimlə məsləhətləşmədən dərman qəbulu yolverilməzdir.
Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, qanunvüriciliyə əsaəsn Yalnız dövlət qeydiyyatından keçən reseptsiz buraxılan dərmanlar reklam oluna bilər. Reseptlə satılmalı olan dərmanların reklamı qadağandır. Bu cür hallar aşkar edildikdə, müvafiq tədbirlər həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.